Azərbaycan hərbi büdcənin artımına görə dünya lideridir
18 Aprel 2012 Çərşənbə 01:44
SİPRİ: 2011-ci ildə Azərbaycan hərbi büdcəsini 89 faiz artırıb.
2011-ci ildə Azərbaycan hərbi büdcəsini 89 faiz artırıb. Bu, bütün dünyada ən yüksək artım göstəricisidir. Stokholmdakı Beynəlxalq sülh problemlərinin araşdırılması İnstitutunun (SİPRİ) hesabatında belə deyilir. Hesabatda bildirilir ki, Azərbaycanda hərbi büdcənin artımı Ermənistanla müharibənin bərpası xəbərdarlığı fonunda baş verib. Ermənistan isə hərbi büdcənin artımına görə, dünyada 11-ci yeri tutur. Stokholm institutu mütəxəssislərinin hesablamalarına görə, bu ölkədə 2008-2011-ci ildə hərbi büdcə təxminən 8 faiz artıb.

SİPRİ-nin hesabatına görə, ötən il bütün dünyada hərbi xərclər 0,3 faiz artıb və 1,738 milyard dollar təşkil edib. ABŞ və bir sıra Avropa ölkələri hərbi xərclərini əhəmiyyətli şəkildə azaldıblar.

Rusiya hərbi xərclərini 9,3 faiz (71,9 milyard dollar) artıraraq, dünyada hərbi büdcəsinə görə ABŞ (711 milyard dollar) və Çindən (114 milyard dollar) sonra üçüncü yeri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar