Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək
28 Dekabr 2011 Çərşənbə 12:18
Bakı və Abşeron yarımadasında dekabrın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə az yağış yağacağı proqnozlaşdırılır. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 29-da hava gündüz əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə duman, cənub və şərq rayonlarında çiskinli olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.
Dekabrın 30-da bölgələrdə gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: