Azərbaycan ərazisində yağmurlu hava proqnozlaşdırılır
19 Sentyabr 2011 Bazar Ertəsi 13:42
Bakı və Abşeron yarımadasında sentyabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Gecə 15-20, gündüz 23-27 dərəcə isti olacaq.

Sentyabrın 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 20-də arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Sentyabrın 21-22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin 21-də gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar