Azərbaycan ərazisində noyabr ayına olan hava proqnozu açıqlanıb
29 Oktyabr 2011 Şənbə 14:20
Noyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, yağıntıların respublika ərazisində qeyri-bərabər paylanacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə, gündüzlər 12-17 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 20 dərəcəyədək yüksələcək, ayın sonunda 7-12 dərəcəyədək enəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 6-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, ayrı-ayrı günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 10-15 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda 6-9 dərəcəyədək enəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq, ayrı-ayrı günlərdə temperatur mənfi 3-8 dərəcəyədək enəcək. Gündüzlər havanın temperaturu 5-10 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 12-14 dərəcəyədək yüksələcək, ayın sonunda 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 5-10 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 10-15 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda 4-9 dərəcəyədək enəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 5-8 dərəcəyədək enəcək. Gündüzlər 7-12 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 14-16 dərəcəyədək yüksələcək, ayın sonunda 3-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə isti olacaq. Gündüzlər temperatur 12-17 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20 dərəcəyədək yüksələcək, ayın sonunda 9-12 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə normadan bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-8 dərəcə isti, ayrı-ayrı günlərdə dağlarda 0-5 dərəcə şaxta gözlənilir. Gündüzlər 12-17 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 20 dərəcəyədək yüksələcək, ayın sonunda 7-11 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 77-170 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar