Bu gün axşamdan ölkə ərazisində havanın temperaturu düşməyə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, bu gün axşamdan şimal-qərb küləyi əsəcək. Mayın 2,3 və 4-də şimal-qərb və cənub küləkləri müşahidə ediləcək. Havanın temperaturunun düşməsi də bununla əlaqədar olacaq.
Yaxın günlərdə hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək, mayın 4-də isə arabir tutulacaq. Mayın 2-də Bakı və Abşeron yarımadasında gündüz 20-24, mayın 3-də 19-23, 4-də isə 18-21 dərəcə isti gözlənilir.
Azərbaycanın rayonlarında mayın 2-də hava yağmursuz keçəcək, gündüz temperatur 22-27, dağlarda 13-18 dərəcə isti olacaq. Mayın 3 və 4-də hava yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gündüz 21-26, dağlarda 13-18 dərəcə isti olacaq.
APA