Azərbaycan ərazisində hava sabitləşir
07 Sentyabr 2011 Çərşənbə 12:20
Bakı və Abşeron yarımadasında sentyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Sentyabrın 10-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 8-də Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-18, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Sentyabrın 9-10-da bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti proqnozlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: