Azərbaycan ərazisində hava sabit keçəcək
21 Sentyabr 2011 Çərşənbə 12:20
Bakı və Abşeron yarımadasında sentyabrın 22-də hava az buludlu, yağmursuz keçəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 23-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Sentyabrın 23-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar