Ölkə

Azərbaycan Diplomatik Akademiyası Xəzər hövzəsi ölkələri haqqında sayca 3-cü kursunu yekunlaşdırıb

Azərbaycan Diplomatik Akademiyası (ADA) "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə Cənubi Afrika Respublikası, Nigeriya, Uqanda, Zimbabve, Namibia, Qambiya, Madaqaskar kimi ölkələrdən yüksək və orta səviyyəli 14 diplomat üçün təlimləri sona çatdırıb.

· Xəbərçi
Azərbaycan Diplomatik Akademiyası Xəzər hövzəsi ölkələri haqqında sayca 3-cü kursunu yekunlaşdırıb
ADA-dan APA-ya verilən məlumata görə, rektor Hafiz Paşayev kursun bitməsi münasibətilə diplomatları təbrik edib.

Diplomatların adından Azərbaycan Diplomatik Akademiyasına minnətdarlığını bildirən Malavinin BMT-dəki daimi nümayəndəliyinin 1-ci katibi xanım Janet Zənnət Kərim deyib ki, bundan sonra təmsil olunduğu qurumda fəaliyyət göstərən 193 ölkə arasında Azərbaycan onun üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Sentyabrın 1-dən 9-na kimi davam edən təlimlərdə Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyiblər. Xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələr dinləyiblər. apa

Şərhlər