Azərbaycan DİN-də geniş kollegiya iclası keçiriləcək
02 Dekabr 2011 Cümə 19:00
İclasda “102” zəng mərkəzinə daxil olan müraciətlərin icrası və yol qəzalarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə ediləcək.
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçiriləcək.
APA-nın məlumatına görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşacaq.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək kollegiya iclası DİN-in “102” zəng mərkəzinə daxil olan müraciətlərin icrası və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin “Təhlükəsiz şəhər xidməti”nin fəaliyyətinə həsr olunub. Kollegiyada həmçinin, ölkədə baş verən yol qəzalarının qarşısının alınması istiqamətində görülən tədbirlər və kriminogen durum müzakirə ediləcək.
DOSTLARINLA PAYLAŞ: