Azərbaycan Dillər Universitetində qanvermə aksiyası keçirilir
28 Fevral 2012 Çərşənbə Axşamı 13:07
Azərbaycan Dillər Universitetində qanvermə aksiyası keçirilir. Yığılan qan ehtiyatı Mərkəzi Qan Bankına təqdim ediləcək.
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. Xeyirxah aksiyada ADU-nun tələbə-müəllim heyəti fəal iştirak edir. Gənclərin məlumatlandırılması, gənclər arasında xəstəliklərə qarşı diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək kimi məqsədlərə xidmət edən qanvermə aksiyasında tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, yığılan qan ehtiyatı Səhiyyə Nazirliyinin Gematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına təqdim ediləcək. Aksiya davam edir.
DOSTLARINLA PAYLAŞ: