Ölkə

“Azərbaycan Dəmir Yolları” bayramda daxili reyslərə əlavə vaqonlar qoşacaq

Bu, sərnişinlərin mənzil başına rahat çatmalarını təmin edəcək.

· Xəbərçi
“Azərbaycan Dəmir Yolları” bayramda daxili reyslərə əlavə vaqonlar qoşacaq
Novruz bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejimində çalışacaq. QSC-dən bildiriblər ki, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar martın 20-dən 27-dək daxili sərnişin reyslərində qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulacaq. Bu, sərnişinlərin mənzil başına rahat çatmalarını təmin edəcək.

Şərhlər