Azadlıq stansiyası istifadəyə veriləcək
30 Mart 2009 Bazar Ertəsi 16:10
Stansiya 1 tağlı sütunsuz formada tikildiyi üçün Bakıda analoqu olmayacaq

Bakıfa tikintisinə 2008-ci ilin əvəllərindən başlanan, Bakı Metropoliteninin daha bir stansiyası - "Azadlıq" bu ilin sonunda istifadəyə veriləcək. Üç saylı tunel tikinti idarəsinin rəisi Biləndər Məsiyevin ANS-ə verdiyi məlumata görə, stansiyada həm tikinti quraşdırma, həm də tamamlanma işi gedir. Yeni stansiyanın Bakıda analoqu olmayacaq. Çünki stansiya 1 tağlı sütunsuz formada tikilib. Artıq stansiyanın platforması, 1 və 2-ci vestibül hissəsi hazırdır. Dörd çıxışlı stansiyanın uzunluğu 102 metr, platformasının uzunluğu isə 14 metrdir.

B. Məsiyevin sözlərinə görə, hal-hazırda stansiyada keçid kamerası tikilməkdədir. Ventilyasiya sistemi quraşdırılır. Ərazidə layihəyə düşən kommunikasiya-rabitə xətlərinin yeri dəyişdirilir. Belə ki, ərazidən keçən su borusu borusu 1-ci tunelin üstündən, 2-nin altından keçəcək. Tunelin tikintisi zamanı maneə yaratdığı üçün bir neçə məişət obyekti sökülüb. Bunların arasında bir şadlıq sarayı da var. Stansiyanı fasiləsiz enerji ilə təchiz edəcək elektrik stansiyasının tikintisi davam edir.
Stansiya tam hazır olduqdan sonra ərazidə abadlıq işləri aparılacaq. Stansiyasının yaxınlığındakı park yenidən bərpa olunacaq, avtomobil yolu asfaltlanacaq. "Azadlıq" stansiyası ötən il istifadəyə verilən "Nəsimi" stansiyasının davamı olacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar