Azadlıq meydanının yaxınlığında yeni metrostansiya tikiləcək
05 Sentyabr 2011 Bazar Ertəsi 15:17
Bakı Metropolitenində 6 yeni stansiya tikiləcək.
Bakının şəhərinin Azadlıq meydanı yaxınlığında yeni metro stansiya tikiləcək. Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni stansiya 2016-cı ildə istifadəyə veriləcək.

Onun sözlərinə görə, Bakı Metropoliteninin üçüncü xətti Bakı Beynəlxalq Avtovağzalında tikilən metrostansiyasa Azadlıq meydanı ilə birləşəcək. Ümumiyyətlə, üçüncü xətdə ilkin olaraq 6 stansiya tikiləcək. Xəttin ilk stansiyası “Avtovağzal”, ikinci stansiya “Memar Əcəmi”, üçüncü stansiya Ceyhun Səlimov küçəsində, “Xutor dairəsi”nin ətrafında, dördüncü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində, beşinci stansiya Heydər Əliyev Sarayının arxa hissəsində, altıncı stansiya isə Azadlıq meydanında olacaq. Sonuncu stansiyanın minimum 6 çıxışı olacaq.

Metropoliten rəsmisi üçüncü xəttin ilk iki stansiyasının 2013-cü ilin sonunda, digər iki stansiyanın 2015-ci il ərzində, sonuncu iki stansiyanın isə 2016-cı ildə istifadəyə veriləcəyini bildirdi. Eyni zamanda “Xətai”–“H.Aslanov-2”–“Yeni Günəşli” istiqamətində də stansiyalar, həmçinin iki depo inşa olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar