Aysel jurnalı yubiley sayı artıq satışda
01 Oktyabr 2011 Şənbə 17:36
Aysel jurnalı yubiley sayı artıq satışda. Arzu Əliyeva jurnalın səhifələrinin qonağı oldu.
Jurnalın 100-cü büraxılışı münasibətilə Moskvadakı Azərbaycan icmasının yeni və layiqli nümayəndəsi, xeyriyyəçi Arzu Əliyeva "Aysel"in qonağı oldu.

Fəsil dəyişdikcə xanımlar qarderoblarını yeniləməlidirlər. Bunu nəzərə alaraq "Aysel" builki payız qarderobuna nələrin daxil olduğunu təqdim edib.

Vizajistlərə görə, tonal vasitə makiyajın əsasıdır. Bir çox xanım üçün tonal kerm kifayətdir ki, özünü gözəl və qüsursuz hiss etsin. "Aysel" tonal vasitədən düzgün istifadənin qaydalarından yazıb.

Uzun saçlar hər bir qadının arzusudur. Əvvllər bunun üçün illərlə gözləmək lazım gəlirdisə, hazırda saçuzatma metodları ilə buna nail olmaq asandır. Özünüzə uyğun gələn saçuzatma metodunu bizimlə bərabər seçə bilərsiniz.

Ginekoloqa nə zaman müraciət etməli? Yalnız problem olandamı? Xeyr. Elə xəstəliklər var ki, onlar gizli şəkildə davam edir və bunu yalnız ginekoloq üzə çıxara bilər. Odur ki, nə zaman ginekoloqa müraciət etməli olduğunuzu da "Aysel"dən öyrənin.

Utancaqlıq qadında yaxşı, kişidə isə pis xüsusiyyətdir. Bunu utancaq kişi ilə yaşayan qadınlar yaxşı bilirlər. Əlbəttə, belə kişi ilə bir yerdə olmaq çox çətindir. Aysel sizə bu mövzuda da məsləhətlərini verir.

Bunlardan başqa, alma pəhrizi, 2012-ci ilin toy tendensiyaları, test, reseptlər, son dəb yalnız Ayselin oktyabr sayında. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar