Avtomobil sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polis buraxılıb
17 Dekabr 2011 Şənbə 17:29
“Atəşgah” Sığorta Şirkəti motor bürosunun informasiya sistemi vasitəsilə bunu on-line rejimində həyata keçirəcək.
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti motor bürosunun informasiya sistemi vasitəsilə on-line rejimində avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, motor bürosu “İcbari sığorta növləri haqqında” Qanunun tələblərinə əsasən “Atəşgah” SŞ də daxil olmaqla Azəbaycanın altı sığorta şirkəti tərəfindən yaradılıb. “Atəşgah” SŞ həm də Büronun Himayədarlar Şurasına daxildir.

“İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ, “Atəşgah Həyat” SŞ və “İntermed” Tibb Klinikası “Atəşgah” Sığorta Qrupuna daxildir. 2010-cu ilin nəticələrinə əsasən “Atəşgah” SQ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar