Atəşkəs pozulub
07 May 2012 Bazar Ertəsi 10:07
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Qaralar kəndindəki mövqelərimizi atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 6-da saat 19.50-dən 20.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri;
- saat 09.45-dən 09.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 11.05-dən 11.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar