Atəşkəs pozulub
17 Dekabr 2011 Şənbə 10:12
Ermənilər cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 16-da və 17-də atəşkəsi pozub. Erməni ordusu saat 10.45-dən 10.50-dək və 11.05-dən 11.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi, dekabrın 17-də saat 00.10-dan 00.30-dək və 01.40-dan 01.50-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar