AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb
10 Sentyabr 2011 Şənbə 11:14
Gündəmdə Azərbaycanla bağlı məsələ yoxdur


Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 3-7-də Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, sessiyanın gündəmində Azərbaycanla bağlı məsələ yoxdur.

Sessiyada Avropa Şurasının ərəb dünyasında yaranmağa başlayan demokratiyalarla əməkdaşlığı, insan haqları və terrorçuluğa qarşı mübarizə, internetdə və onlayn KİV-də özəl informasiyaların qorunması, miqrasiya məsələləri, xüsusən uşaq miqrantların məsələsi müzakirə olunacaq.

Sessiyanın ilk günü – oktyabrın 3-də assambleyanın Bürosunda və Daimi Komitəsində Türkiyədə keçirilmiş parlament seçkiləri müzakirə ediləcək.

Oktyabrın 6-da Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın çıxışı olacaq. Oktyabrın 7-də Ermənistandakı demokratik institutların fəaliyyəti müzakirə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar