Ölkə

ASB Bank Park Bulvar AVM-lə birgə aksiya keçirib

Bank "Park Bulvar" filialını ziyarət edən bütün müştərilərinə üzərində “Təşəkkür” yazılmış şarlar təqdim edib.

· Xəbərçi
ASB Bank Park Bulvar AVM-lə birgə aksiya keçirib
“ASB Bank” dünya “Təşəkkür” günündə "Park Bulvar" AVM ilə birlikdə maraqlı aksiya keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bank "Park Bulvar" filialını ziyarət edən bütün müştərilərinə üzərində “Təşəkkür” yazılmış şarlar təqdim edib.

Həmçinin mərkəzin tavanından asılmış yüzlərlə şar ziyarətçilərə dağıdılıb.

Xatırladaq ki, ölkəmizdə AVM-də fəaliyyət göstərən ilk filial xüsusiyyətini daşıyan “Park Bulvar” filialı bayram və istirahət günləri də daxil olmaqla ilin 365 günü səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.

Filialda müştərilərə fiziki və hüquqi şəxslərin hesablarının açılması, hesablaşma-kassa xidmətlərinin göstərilməsi, fərdi kreditlər, biznes-kreditlər, pul köçürmələri, plastik kartlarla əməliyyatlar, depozitlərin (əmanətlərin) qəbul edilməsi, valyuta mübadilə əməliyyatlarının aparılması, rabitə və kommunal ödənişlərin qəbulu, POS Terminal xidmətləri və 7/24 ATM bank xidmətlərindən istifadə edə bilərlər.

Qeyd edək ki, "Azərbaycan Sənaye Bankı" müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcək.

Şərhlər