ARDNŞ Bakıda hansı qanunsuz tikililərin sökülməyəcəyini açıqladı
13 Yanvar 2012 Cümə 12:16
"Artıq insanların yaşadıqları və hələ məhkəmənin barəsində qərar çıxarmadığı qanunsuz tikililər sökülməyəcək".
2011-ci ilin yekunlarına görə, ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin ərzisindəki qanunsuz yaşayış və qeyri-yaşayış obyektlərinin qanunusuz tikintinsi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov jurnalistlərə bildirib. Onun sözlərinə görə, dörd min iddia ərizəsi üzrə artıq qərar çıxarılıb. İddiaların böyük əksəriyyəti məhkəmələrə ötən ilin martında təqdim olunub.
Eldar Orucov bildirib ki, Dövlət Neft Şirkəti bir neçə il ərzində ARDNŞ şirkətinə məxsus ərazilərdə qanunsuz tikilmiş bütün obyektlər üzrə məsələ qaldırılmasını planlaşdırır.
Təkcə 2012-ci ildə “Binagadi oil” (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır.
Artıq insanların yaşadıqları və hələ məhkəmənin barəsində qərar çıxarmadığı qanunsuz tikililər sökülməyəcək.
Eldar Orucovun sözlərinə görə, ARDNŞ öz ərazilərinin qanunsuz tikililərdən müdafiəsi məqsədilə təhlükəsizliyin və hüquqi sənədləşmənin təmin olunması üçün böyük həcmdə vəsait xərcləyir.
DOSTLARINLA PAYLAŞ: