Ölkə

Aprelin 1-də işıqlar kəsiləcək

Aprelin 1-də borclu abonentlərin işığı kəsiləcək

· Xəbərçi
Aprelin 1-də işıqlar kəsiləcək
”Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti borclu abonentlərə xəbərdarlıq edib. Cəmiyyətin mətbuat mərkəzindən verilən məlumata görə, 1 aprel saat 15:00-dən etibarən borclu abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq. Cəmiyyət rəsmiləri bayram və istirahət günləri ərzində abonentlərə borclarını ödəmələri üçün möhlət verildiyini, aprelin 1-də verilən müddətin başa çatdığını və həmin gün borclu vətəndaşların işığının kəsiləcəyini bildirib.
 
/ANSPRESS/

Şərhlər