Aprel-may aylarında Azərbaycan çaylarında daşqınlar olacaq
10 Fevral 2012 Cümə 23:39
Bu məqsədlə mart ayında dağlıq ərazilərdə 28 marşurut üzrə qar ölçmə işləri aparılacaq.
Ölkə ərazisinə düşən qar normadan artıq qiymətləndirildiyindən gursululuq dövründə çayların daşma ehtimalı birə-beş artır. Hidrometeoroloji proqnozlar bürosundan verilən məlumata görə, ötən ilin noyabr ayından başlayan qar normanın artmasına birbaşa səbəb olub. Dağlıq ərazilərə düşən qar isə həcmi ilə fərqlənir. Xüsusən bu siyahıya liderliyi Balakən-Şəki, Qax-Zaqatala, Quba-Xaçmaz və Tufandağ əraziləri edir.

“Daha sonra Kiçik Qafqazın Daşkəsən Gədəbəy zonası, Naxçıvanın dağlıq hissələri, Lənkəran Asatara zonası gəlir” – deyə Hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev bildirir.

Baş hidroloq, havanın tempraturundan asılı olaraq qarın əriməsi sürətlə baş verərsə çaylarda da suyun həcminin kəskin çoxalacağını və daşqınlar baş verəcəyini bildirir. “Bu özünü xüsusən aprel-may aylarında göstərəcək. Oğuz Qəbələnin dağ çaylarında, Daşkəsəndən gələn dağ çaylarında daşnılar istisna olunmur”.

O ki, qaldı gözlənizməz sürprizləri ilə həmişə təhlükəli olan Kür çayına normadan artıq qarın təsirinə Asif Verdiyev deyir ki, bunun üçün Türkiyə və Gürcüstan ərazisində çayın mənbəyində qar ölçmə işləri aparılacaq. “Əgər orada qarın həcminin çox düşdüyü qeydə alınsa onda daşqın istisna olurmur”.

Baş hidroloq deyir ki, mart ayında qurum dağlıq ərazilərdə 28 marşurut üzrə qar ölçmə işləri aparacaq. Yalnız bunda sonra hansı çaylarda daşqınların baş verəcəyi haqda dəqiq proqnoz veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar