Antiböhran tədbirləri ilə bağlı proqram
11 Mart 2009 Çərşənbə 20:45
Yeni proqramda xaricdə saxlanan vəsaitlərin ölkəyə gətirilməsi, yeni iş yerlərinin yaradılması və s. öz əksini tapıb

Azərbaycan hökuməti antiböhran tədbirləri Ilə bağlı proqram hazırlayıb və sənəd hökumətdə razılaşdırılma mərhələsindədir. Sənədlə bağlı məlumatlı olduğunu deyən Nazirlər Kabinetində keçmiş şöbə müdiri Oqtay Haqverdiyev bu proqramda, xaricdə saxlanan vəsaitlərin bir qisminin ölkəyə gətirilməsi, həmin pulların yerli banklar vasitəsilə real sektora yatırılması, nəzarət mexanizmləri, həmçinin böhran şəraitində yeni iş yerlərinin yaradılmasının öz əksini tapdığını deyib. Proqram 2010-cu ilin büdcəsi hazırlanarkən hansı məsələlərə üstünlük veriləcəyini də müəyyənləşdirəcək. Oqtay Haqverdiyev proqramın mayda büdcəyə dəyişikliklərlə birgə qəbul olunacağını istisna etməyib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar