ANS TV-də iqtidar-müxalifət debatı baş tutdu
01 Oktyabr 2011 Şənbə 17:04
"Açıq söhbət" tok-şousu siyasi partiyaların necə maliyyələşməsini gündəmə gətirib.
ANS Televiziyasının "Açıq söhbət" tok-şousunda siyasi partiyalar mövzusu gündəmə gəlib. Aparıcı Sevinc Osmanqızının ANS PRESS-ə verdiyi məlumata görə, bu dəfəki qonaqları Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov və Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov olub. Tərəflər "Siyasi partiyalar dövlətdən maliyəlləşməlidirmi?" mövzusu üzrə müzakirələr aparıblar.

Veriliş boyu "Hakimiyyət hakim partiyanı maliyyələşdirməklə öz siyasi loyallığını qoruya biləcəkmi?", "Müxalifət partiyası hökumət tərəfindən maliyyələşdirilsə, bu onu asılı etməyəcək ki?", "Hökumətin siyasətini tənqid edən müxalifət partiyasına hökumət özü necə borc verə bilər?", "Bir-birinə zidd siyasi qüvvələri kim maliyyələşdirməlidir?" kimi suallara aydınlıq gətirilib.

Qeyd edək ki, "Açıq söhbət" tok-şousu hər həftənin cümə günü saat 23:00-da yayımlanır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar