Ölkə

ANS-dən Fransa məhsullarına etiraz

Telekanal “Perrier” sularının sponsorluğundan imtina edir.

· Xəbərçi
ANS-dən Fransa məhsullarına etiraz
ANS teleşirkəti Fransa Senatının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsinə etiraz əlaməti olaraq Fransanın “Perrier” şirkətinin mineral sularının reklamından imtina edir. ANS PRESS-in “Turan”a istinadən verdiyi məlumata görə, “Perrier” ANS TV-də cümə axşamları saat 21.30-da yayımlanan “Ən yeni tarix” ictimai-publisist verilişin rəsmi sponsorudur.

Sabah, yanvarın 26-da verilişin efirə çıxması ərəfəsində teleşirkət “Perrier”lə əməkdaşlıqdan imtina etdiyini rəsmi olaraq elan edəcək.

Şərhlər