ANS 1994-cü il hadisələri ilə bağlı unikal kadrları nümayiş etdirəcək
03 Dekabr 2011 Şənbə 14:19
"Ən Yeni Tarix" teleensiklopediyası bu dəfə 1994-cü ildə baş verən dövlət çevrilişinə cəhdə həsr olunub.
Dekabrın 8-də saat 23-də telepublisist Mir Şahin tamaşaçıları "Ən Yeni Tarix" teleensiklopediyası silsiləsindən növbəti verilişinə dəvət edir. Bu dəfə mövzu 1994-cü ilin oktyabrında Azərbaycanda baş verən dövlət çevrilişinə cəhddir.

Prezident Heydər Əliyevin müraciəti nəticəsində gecə vaxtı on minlərlə insan prezident sarayının qarşısına toplaşdı və öz liderini dəstəklədi. Bununla da qiyamçıların niyyəti alt-üst oldu. Təəssüf ki, qan töküldü. Gəncədə Baş nazir Sürət Huseynovun tərəfində olan silahlı qüvvələr aeroport da daxil olmaqla həyati vacib obyektləri ələ keçirdilər.

Tamaşaçılar yalnız ANS-in arxivində saxlanılan unikal kadrlar görəcəklər. Bu kadrlarda prezident Heydər Əliyev, Milli Məclisin sədri Rəsul Quliyev, Milli təhlükəsizlik naziri Nəriman İmranov, Baş nazir Sürət Hüseynovu vətənə xəyanətdə ittiham edirlər. Sürət Hüseynovun bütün bəraət cəhdlərinə baxmayaraq, o elə bu müşavirədəcə Baş nazir vəzifəsindən kənarlaşdırılır. Verilişdə hadisələrin mərkəzində dayanan şəxslər –o vaxtkı baş prokuror Əli Ömərov, prezidentin keçmiş köməkçisi Eldar Namazov, jurnalist Mais Məməddov və başqaları iştirak edəcəklər. Verilişdə hadisələrin katalizatoru rolu oynamış Mahir Cavadovla telefon əlaqəsi saxlanılacaq. Tamaşaçılar yəqin ki, çoxlu maraqlı faktlarla tanış olacaqlar.

Bir daha xatırladaq ki, 1994-cü ilin oktyabrında Azərbaycanda baş vermiş dövlət çevrilişinə həsr olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar