ANAMA Gürcüstan üçün mütəxəssislər hazırlayacaq
08 Sentyabr 2011 Cümə Axşamı 17:41
Qurum NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi tərəfindən keçirilən tenderin qalibi olub
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində NATO-nun Gürcüstanda həyata keçirdiyi layihə çərçivəsində NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) tərəfindən keçirilən tenderin qalibi olub.
ANAMA-nın mətbuat xidmərindən ANS PRESS-ə verilən məlumata görə, bir çox xarici şirkətlərin udmağa çalışdığı bu tender əsasında qazanılmış müqavilə ANAMA mütəxəssisləri tərəfindən Gürcüstаn nümаyəndələri üçün 6 və 3 ay müddətlərində ANAMA-nın Göygöldə yerləşən bazasında partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə və Gürcüstanda keyfiyyətə nəzarət/keyfiyyətə təminat, təlimatlandırmanın əsasları, sahə supervayzeri və informasiyanın idarəolunması üzrə təlimlər keçirilməsini nəzərdə tutur.
Belə ki, ANAMA mütəxəssisləri tərəfindən Gürcüstan Hərbi Bazasında 15 nəfərlik heyət üçün Texniki Tədqiqat və Təlimatlandırmanın Əsasları Kursları başa çatmış və hazırda Sahə Supervayzeri Kursu həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: