Amnistiya Aktı haqqında qanun layihəsi
10 Mart 2009 Çərşənbə Axşamı 16:55
“Amnistiya Aktı haqqında” qanun layihəsi Azərbaycan parlamentinin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri
O, qanun layihəsini parlamentə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təqdim etdiyini deyib. Komissiya sədri qanun layihəsinin Azərbaycan vətəndaşının hüquqlarının qorunması, onların taleyinə yüksək diqqətin nümunəsi kimi qiymətləndirildiyini söyləyib.

Novruz bayramı münasibəti ilə qəbul ediləcək “Amnistiya Aktı haqqında” qanun layihəsinin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin bir hissəsi olduğunu qeyd edən R. Aslanova deyib ki, Amnistiya Aktı layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətlərə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanlar azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər: “Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onların cəzadan azad edilmələri təklif edilib. Təqribən 9 min şəxsin amnistiyanın təsiri altına düşməsi ehtimal edilir. Onlardan 1700-dək məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir. Bu çox böyük rəqəmdir. Hesab edirəm ki, bunu qızıl amnistiya hesab etmək olar. İnsanların sabahına hesablanan addımı qızıl da adlandırmaq olar, brilyant da...”

R. Aslanova Amnistiya Aktı nəticəsində həbsdə olan jurnalistlərin azadlığa çıxa biləcəyini də istisna etməyib: “Onların ittiham olunduqları maddələr Amnistiya Aktında göstərilən müddəalara uyğun gələcəksə, sözsüz ki, azadlığa çıxanlar arasında jurnalistlər də olacaq”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar