"Alo, AGBank"
08 Sentyabr 2011 Cümə Axşamı 17:52
Bank yeni xidmət tətbiq edib
"AGBank" müştərilərə 3 rəqəmli dəstək mərkəzi olan “Alo, AGBank” xidmətini təqdim edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra bankın müştəriləri sadəcə 135 nömrəsini yığmaqla, bank xidmətləri haqqında dolğun məlumat əldə edə biləcək.
135 - “Alo, AGBank” xidməti ilə müştərilərin hesab qalıqları, kredit borcları, plastik kartlar, depozitlər, müqavilələrin bitmə müddəti, tariflər, POS-terminallar, təcili pul köçürmələri, "AGClub", Website, Bill Pay haqqında ətraflı məlumat əldə edə, xidmətlərə dair şikayət və təkliflərini bildirə bilər.
İş günü ərzində 135 nömrəsini yığıb müştərilərə dəstək mərkəzinə qoşulmaqla, bankla bağlı ən müxtəlif mövzularda avtomatlarşdırılmış məlumatlar əldə etmək mümkündür.
DOSTLARINLA PAYLAŞ: