Al Kart və nağd kreditlər cəlb edənlər üçün yeni aksiya
22 Noyabr 2011 Çərşənbə Axşamı 12:13
Al Kart və nağd kreditlər cəlb edənlər üçün yeni aksiya. Aksiya dekabrın 20-nə kimi davam edəcək.
Bu həftədən “AL Kart” və nağd kreditlər cəlb edəcək müştərilər üçün “Unibank” yeni aksiyaya başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabr ayının 20-nə kimi Bankın xidmət şəbəkəsində adı çəkilən kreditlər alan müştərilərin hər beşincisinə “Mobitel” zəmanətli “Nokia X1” mobil telefonu hədiyyə verilir.

“AL Kart” və nağd kreditlərlərin rəsmləşdirilməsi proseduru da artıq hamı üçün sadədir. Belə ki, müştərilərin təsdiqlənmiş aylıq gəlirləri müvafiq olaraq “AL Kart” krediti üçün ən azı 200 AZN, nağd kredit üzrə isə cəmi 85 AZN təşkil edə bilər. Kreditlərin Bakı və Sumqayıt sakinlərinə 1500 manat məbləğinədək, digər bölgələr üçün isə 1000 manat həcmində verildiyi halda, Bank tərəfindən zamin və girov tələbi irəli sürülmür.

Qeyd edək ki, ikikartlı “Nokia X1” mobil telefonu hədiyyə alacaq müştərilərin təyin edilməsi xüsusi proqram təminatı vasitəsilə aparılır. Bu zaman “AL Kart” və nağd kreditlərin alınması üzrə ardıcıllıq, kompyuter sistemində müştərilər tərəfindən edilən müraciətlərin qeydə alındığı andan hesablanır. Qaliblər mərkəzləşdirilmiş qaydada “Unibank”-ın bütün filial və şöbələri üzrə müəyyən edilir. Yeni aksiya barədə daha ətraflı məlumat üçün Bankın filiallarına və yaxud (012) 117 nömrəli telefona müraciət etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar