APA-nın məlumatına görə, mərhumun uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Akademik Midhət Abbasov bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, Midhət Addasov 1926-cı ildə Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən bölməsini bitirən M. Abbasov texnika elmləri doktorudur, 1980-ci ildən Elmlər Akademiyasının həqiqi üzvüdür. 650 elmi əsərin müəllifi olan Midhət Abbasovun 43 müəlliflik şəhadətnaməsi, 6 patenti olub. Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin nəzəri əsaslarının hazırlanmasında böyük əməyi olan akademik Midhət Abbasov qısa müddətdə dövlət katibi vəzifəsində çalışıb, 1997-ci ilədək AMEA-nın vitse-prezidenti olub. Ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləmiş akademikin çoxlu sayda dövlət mükafatları və təltifləri var.
Akademik Midhət Abbasov vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Midhət Abbasov vəfat edib.




Şərhlər