Ağcabədidə 19 yaşlı qız itkin düşüb
05 Mart 2012 Bazar Ertəsi 15:44
Onu sonuncu dəfə mikroavtobusa minəndə görüblər.
Ağcabədi rayonunun Sarıcalı kəndində 19 yaşlı qız itkin düşüb. Martın 3-də səhər saat 7 radələrində evdən çıxan və geri dönməyən Gülmirə Rafiq qızı Zülfəliyevanın qohumları bildiriblər ki, o, əqli cəhətdən tam normal olub. Valideynləri əvvəlcə qızın qoşulub qaçdığını düşünsələr də, bu ehtimal özünü doğrultmayıb. G. Zülfəliyevanın əmisi Novruz Zülfəliyevin sözlərinə görə, sonradan məlum olub ki, 19 yaşlı gənc kənd ərazisindən keçən magistral yolla hərəkət edən Gəncə-Lənkəran mikroavtobusuna minib.
Qeyd edək ki, hazırda valideynləri və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun axtarışları davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: