««Ağ axın» hələ sözdə olan bir layihədir»
06 Aprel 2009 Bazar Ertəsi 16:45
Rövnəq Abdullayev: «Amma o, «Nabukko» ilə rəqabət aparmayacaq»

«Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda qazpaylayıcı şəbəkəni idarəetməyə götürsə də, bu ölkədə yeraltı qazsaxlama anbarı tikmək niyyətində deyil». Bunu şirkətin prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayevin sözlərinə görə, rəsmi Tiflis layihəni maliyyələşdirmək istəsə, onda Neft Şirkəti burda podratçı kimi iştirak edə bilər. Rövnəq Abdullayev Qara dənizin dibi ilə çəkiləcək və Ukraynanı Gürcüstanla birləşdirəcək «Ağ axın» layihəsinə də münasibət bildirib: ««Ağ axın» hələ sözdə olan bir layihədir. Amma o, «Nabukko» ilə rəqabət aparmayacaq. Bunlar ayrı-ayrı layihələrdir. Avropanın qaza olan təlbatı artır və onu ödəmək üçün hələ çoxlu layihələrə ehtiyac yaranacaq». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar