ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi yeni layihələr həyata keçirəcək
23 Aprel 2012 Bazar Ertəsi 10:18
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi bir neçə yeni layihə həyata keçirməyi planlaşdırır.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə birliyin İdarə Heyətinin sədri Aynurə Piriyeva məlumat verib. Onun sözlərinə görə, birliyə Amerikada təhsil almış 3 minədək məzun daxildir: “Təşkilatımız bir neçə istiqamətdə fəaliyyət göstərir, o cümlədən təhsilini başa vurmuş məzunların ABŞ-dan qayıtdıqdan sonra işlə təmin olunması üçün layihələr keçirir”. Aynurə Piriyeva mayda “Bakı Hüquq Jurnalı”nın ilk nömrəsinin çapdan çıxacağını deyib. Bundan başqa birlik Karyera Mərkəzi yaradaraq ABŞ təhsilli məzunlara iş tapmaqda kömək edəcək. Qeyd edək ki, Assosiasiyada ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri, ARDNŞ rəhbərliyindən, Diplomatik Akademiyadan nümayəndələr təmsil olunur.
DOSTLARINLA PAYLAŞ: