880 kq ərzaq məhv edilib
01 Mart 2012 Cümə Axşamı 17:28
Yararsız ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkənin istehlak məhsulları bazarında apardığı monitorinq davam edir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda H.Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən "Aytac market"də və "Avropa market"də, Tağızadə küçəsi, ev 7 ünvanında İsfəndiyar Atayevə məxsus mağazada, Ş.Abdullayev küçəsi, ev 36 ünvanında yerləşən "Dərə market"də, C.Məmmədquluzadə küçəsi, ev 99 ünvanında Şirvan Seyidova məxsus mağazada,
Sabunçu rayonunda Bakıxanov qəsəbəsində Sadiq Mehdiyeva məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.
Nəsimi rayonunda Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında Əhməd İsmayılova məxsus mağazada, M.Qaşqay küçəsi, ev 44 ünvanında Zakir Heydərova məxsus mağazada, A.Əliyev küçəsi, 1024-cü məhəllədəki "Sona market"də,
Sabunçu rayonunda Bakıxanov qəsəbəsində Ayşad Məlikovaya məxsus mağazada və "İ&S market"də, Ə.Kərim küçəsi, ev 9 ünvanında yerləşən "Mif market"də, Y.Əliyev küçəsi, ev 22, mənzil 2 ünvanında yerləşən "Flaqman market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 13, mənzil 48 ünvanında Sənubər Əliyevaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Xırdalan şəhərində Gənclər şəhərciyində Məcnun Allahverdiyevə məxsus mağazada,
Şəki şəhərində M.Müşfiq küçəsində yerləşən "Daşqın"mağazasında saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Quba rayonunda Xucbala kəndində Ramil Həsənova məxsus mağazada,
Gəncə şəhərində Bülbül və Qəmərli küçələrinin kəsişməsində Süleyman Əliyevə məxsus mağazada, Səfəvilər və N.Vəliyev küçələrinin kəsişməsində Camal Nağıyevə məxsus mağazada,
Ağcabədi şəhərində Aşağı Avşar kəndində Şiraslan Hüseynova məxsus mağazada, Ə.Bünyadov küçəsində Elməddin Hüseynova məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 880 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: