Yaxın üç gün ərzində respublika ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək. Bu burədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin ayın 17-dən 18-nə keçən gecə hava şəraitinin bəzi yerlərdə çiskinli olacağı, az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Temperatur gecə 0-3 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Respublikanın rayonlarında martın 18-də əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 1 dərəcə şaxta dan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı ehtimal edilir.
Martın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayın 18-dən 19-na keçən gecə havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 3-5 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.
Martın19-20-də rayonlarda əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Lakin ayın 19-da şərq rayonlarında çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Martın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.
Röya Rəfiyeva /ANS PRESS/