287 nəfər Polis andı qəbul etdi
15 Oktyabr 2011 Şənbə 18:16
DİN-nin Sıravi və Kiçik rəis heyəti hazırlayan Məktəbində andiçmə mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Sıravi və Kiçik rəis heyəti hazırlayan Məktəbində 2011-ci il tədris ilinin ilkin hazırlıq kursunu bitirən dinləyicilərin andiçmə mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, tədbirdə çıxış edən məktəbin rəisi Ramiz Abdullayev tədris toplanışı dövründə intizam məsuliyyətinə cəlb olunan dinləyicinin olmadığını bildirib. R.Abdullayev nizam-intizama və məktəbin ictimai işlərində fəal iştirakına görə 18 dinləyicinin mükafatlandırıldığını söyləyib. Qeyd olunub ki, 287 nəfər yekun imtahanı müvəffəqiyyətlə verib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Əsgər Ələkbərov isə müstəqillik günü münasibəti ilə daxili işlər naziri Ramil Usubovun və öz adından şəxsi heyəti təbrik edib.
Sonda dinləyicilər “Polis andı”nı qəbul ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: