26 yaşlı Bakı sakini naməlum şəxs tərəfindən öldürülüb
15 Mart 2012 Cümə Axşamı 05:44
Yaralı hadisə şahidləri tərəfindən xəstəxanaya aparılsa da qan itirdiyi üçün yolda ölüb.
Ötən gecə paytaxtın Nərimanov rayonu Atatürk prospekti 39 ünvanında qətl hadisəsi baş verib. Hadisə zamanı 26 yaşlı Bağır İbrahimov naməlum şəxs tərəfindən qətlə yetirilib. Zərərçəkən aldığı bıçaq xəsarətlərindən sonra hadisə şahidləri tərəfindən xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib. Məlumata görə, tərəflər arasında ilk mübahisə qətlin törədildiyi ünvanın yaxınlığında yerləşən çay evində baş verib.

Hadisədən sonra Bağır İbrahimovun qətlə yetirildiyi ünvana Nərimanov rayon polis idarəsi və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yeri müayinə edilib və çoxsaylı şahid ifadələri alınıb. Faktla bağlı hələlik saxlanılan şəxs olmadığından qətlin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar