23 Aprel - Uşaq Bayramı günü 101 uşağa hədiyyə veriləcək
21 Aprel 2012 Şənbə 05:39
23 Aprel - Uşaq Bayramı günü 101 uşağa hədiyyə veriləcək. Tədbirdə 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşaq sevindiriləcək.
Azərbaycan respublikası Gəncliyə Yardım Fondu (GYF) kimsəsizləri sevindirmək istiqamətində daha bir addım ataraq 101 uşağa hədiyyə verəcək. GYF-dən ANS PRESS-ə verilən məlumata görə, bu çərçivədə GYF “101 Arzunu Gerçəkləşdir” layihəsinin yekun mərasimində 101 uşağı sevindirməyi planlaşdırır. 23 Aprel-Uşaq Bayramı münasibətilə baş tutacaq tədbirdə GYF yetim və kimsəsiz uşaqlarla keçirəcəyi görüşdə Bakı şəhərində yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşağa istədikləri hədiyyələri təqdim edəcək.
Qeyd edək ki, bu layihə GYF-nin tərkibində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə 07 mart 2012-ci il tarixində keçirilən “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” dən əldə olunan vəsait əsasında həyata keçirilir.
Tədbir 23 Aprel 2012-ci il, saat 12:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: