23 aprel münasibətilə 101 uşaq sevindirildi
24 Aprel 2012 Çərşənbə Axşamı 05:00
Gəncliyə Yardım Fondu “101 Arzunu Gerçəkləşdir” layihəsinin yekun mərasimi olaraq 101 uşağa hədiyyə verdi.
Azərbaycan respublikası Gəncliyə Yardım Fondu (GYF) kimsəsizləri sevindirmək istiqamətində daha bir addım ataraq 101 uşağa hədiyyə verdi.

GYF mərkəzində keçirilən, Azərbaycanın dövlət himni və Türkiyənin istiqlal marşı ilə başlayan tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tedcim bütün uşaqları bu bayram münasibətilə təbrik edib və dövlət rəhbərliyinin uşaqlara göstərdiyi qayğıdan danışıb.

Tədbirdə həmçinin Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident aparatı İctimai Siyasi Əlaqələr şöbəsinin məsul işçisi Rasim Mirzəyev, Nazirlər Kabineti aparatının sektor müdiri Ramin Talıblı, Türkyənin Bakı Böyükelçisinin müstəşarı Rza Kağan Yılmaz, Millət vəkilləri Zahid Oruc və Etibar Hüseynov, tanınmış müğənni Zeynəb Dostəliyeva və Bakı Şəhər Yol Polisi İctimai Əlaqələr şöbəsinin müdiri polkovnik Vaqif Əsədov çıxış edərək uşaqlara GYF tərəfindən hazırlanmış hədiyyələri təqdim ediblər və öz ürək sözlərini qonaqlarla bölüşüblər.

Qeyd edək ki, hər il ənənəvi olaraq GYF-nin təşkilatçılığında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, əvvəlki illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində nəşri, “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” layihəsinə həsr edilib.

Bu ilki xeyriyyə sərgisindən də əldə olunan vəsaitlər isə, GYF-nin “101 Arzunu Gerçəkləşdir” adlı xeyriyyə layihəyəsində istifadə olunub. Layihə çərçivəsində Bakı şəhərində yaşayan, yetim və kimsəsiz 6-12 yaşlarında olan 101 uşaq seçilərək onların arzuladıqları hədiyyələr alınıb və ötən gün onlara təqdim edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar