140 kq saxta ərzaq məhv edilib
20 Oktyabr 2011 Cümə Axşamı 17:17
Ölkə mağazalarında saxlama müddəti ötmüş ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə mağazalarında istehlak məhsullarının monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Xətai rayonunda General Şıxlinski küçəsində Mirhüseyn Sadıqova və Gülnarə Əhmədovaya məxsus mağazalarda, Telnov küçəsi, ev 9/16, mənzil 31 ünvanında Əliyusif Abdullayevə məxsus mağazada, Zığ şossesi, ev 3A ünvanında Asəf İslamova məxsus mağazada,
Qusar şəhərində N.Şərifov küçəsində Şərif Tanrıverdiyevə məxsus mağazada,
Ağdam rayonunda Mahrızlı kəndində Elşad Əliyevə məxsus mağazada, Qaradağlı kəndində Ceyhun Hüseynova məxsus mağazada,
Yevlax şəhərində H.Əliyev küçəsi, 30/11 ünvanında Mobil Əliyevə məxsus mağazada,
Bərdə rayonunda Koroğlu küçəsində Sahib Məmmədova məxsus mağazada, 20 Yanvar küçəsində Cavid Zeynalova məxsus mağazada,
Şəmkir şəhərində Ş.Qurbanov küçəsi, 61 ünvanında Vüsalə İsmayılovaya məxsus mağazada,
Ucar rayonunda Azərbaycan küçəsində Anar Rəhimova məxsus mağazada,
Gəncə şəhərində Ş.Hüseynov küçəsi, 4/11 ünvanında Xaqani Həsrətova məxsus mağazada,
Göyçay şəhərində M.Ə.Rəsulzadə küçəsində Natiq İbrahimova məxsus mağazada,
Xaçmaz şəhərində Arzu qəsəbəsində Elmar Mədətova məxsus mağazada
ümumi çəkisi 140 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: