İqtisadiyyat

Unibank Chrysler 200 Touring 2.4 avtomobil qazanmaq imkanı

Bir qalib Unibankdan 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

· Xəbərçi
Unibank Chrysler 200 Touring 2.4 avtomobil qazanmaq imkanı
Unibankın “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyası əhali arasında böyük marağa səbəb olub.

Bu kampaniya çərçivəsində mayın 20-dən avqustun 31-dək Unibankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.

Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

Unibankda depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir.
12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% hesablanır.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı!

Şərhlər