Bu gün Zığ qəsəbəsi, Nizami küçəsi ev 11-də partlayışla müşahidə edilən yanğın baş verib. Yanğın evin ikinci mərtəbəsinin 120 kv.m-lik sahəsini tam əhatə edib. Hadisə xəsarətsiz ötüşüb. Evin köhnə və əsasən taxta konstruksiyadan ibarət olması yanğının tez bir zamanda bütün otaqları əhatə etməsinə gətirib çıxarıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Təhqiqatçılar hadisənin qaz sızmasından və ya digər səbəbdən baş verməsini araşdırırlar.
Zığda ev yanıb
Yanğın partlayışla müşahidə edilib




Şərhlər