Ötən gecə 50-yə yaxın avtomaşın sərnişinləri ilə birlikdə Zığ - Hava limanı yolunda qalıb. Belə ki, beton yolun qardan təmizlənməməsi, üstəlik küləyin qarı sovurması nəticəsində yolda qarın hündürlüyü bir metrə çatıb.
Sürücülərin sözlərinə görə, axşam saat 20:00 radələrindən etibarən yol tamamilə bağlanıb. Gecə saatlarında bir qar təmizləyən maşın yolu təmizləsə də, sonradan o da, işini dayandırıb. Yolda qalan insanların bəziləri piyada hərəkət edərək şəhər istiqamətinə gələ bilib. Əksəriyyət isə maşınlarda gecələyib.
Hətta gecə sahibsiz qalan maşınların bəzi hissələri də oğurlanıb. Gündüz saatlarında da yol təmizlənmədiyindən avtomaşınlar orada qalıb. Yalnız saat iki radələrindən sonra qarın təmizlənməsi üçün bu yola texnika göndərilib. Amma buna baxmayaraq maşınlar hələ də Zığ - Hava limanı yolunda qalmaqdadır. ANSPRESS
Zığ-Hava limanı yolunda təqribən 50 maşın qalıb
Gecə sahibsiz qalan avtomobillərin bəzilərinin ehtiyat hissələri oğurlanıb




Şərhlər