Azərbaycanın Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində Zərdab- Ucar yolunun 14 km-də rayonun Çallı kəndində qeydə alııb.
Çallı kənd sakini Sakif Umudovun idarə etdiyi “Mersedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sərnişin Hüseyn Məmmədov ölüb. Sürücü isə ağır bədən xəsarəti ilə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Zərdab polisi araşdırma aparır.
Zərdabda Mercedes aşdı, 1 nəfər ölüb
Sakif Umudovun idarə etdiyi “Mersedes” markalı avtomobil yoldan çıxaraq aşıb




Şərhlər