Zərdabda 300 evi su basıb
13 Noyabr 2011 Bazar 18:32
Rayonda yaşayış evlərinin kanalizasiya xətlərindən aşağı olması qrunt sularının evlərə dolmasına səbəb olub.
Son günlər respublika ərazisində yağışlı havanın hökm sürməsi xüsusilə əyalətlərdə ciddi fəsadlara yol açıb. İntensiv yağış Zərdab rayonuna böyük ziyan vurub. İntensiv yağış rayon mərkəzində, eləcə də kəndlərdə bir sıra fəsadlar yaradıb. Fərdi yaşayış evlərinin həyətləri və zirzəmiləri, bağ sahələri yağış suları altında qalıb. Rayonda yaşayış evlərinin kanalizasiya xətlərindən aşağı olması qrunt sularının evlərə dolmasına səbəb olub.
Evlərin yağış və qrunt sularından təmizlənməsi üçün hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib. Zərdab rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərovun ANS-ə verdiyi məlumata görə, rayon ərazisində 300 dən çox fərdi yaşayış evi yağış sularının altında qalıb. 20 dən çox ev isə qəzalı vəziyyətə düşüb.
Rayon FHK-dan həmçinin bildirilib ki, yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hazırda rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: