Bakının Binəqədi rayonunda qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı sakini Ceyhun Cəfərov münaqişə zəminində 30 yaşlı Astara sakini Əhmədağa Ağayevi bıçaqla qətlə yetirib. Hadisə noyabrın 30-na keçən gecə saat 01:00 radələrində törədilib. C.Cəfərov tutularaq istintaq orqanına təhvil verilib.
Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, qətl hadisəsi Beton-zavodun ərazisində törədilib. Qətlə yetirilən Ə.Ağayev həmin zavodun müdirinin köməkçisi işləyirmiş. Cinayət hadisəsi pul mübahisəsi üstündə baş verib. Belə ki, C.Cəfərov beton daşıyan maşının sürücüsüdür. Hər gün həmin zavoda çınqıl gətirirmiş.
Zavod rəhbərinin köməkçisi öldürüldü
Qətlə pul mübahisəsi səbəb olub




Şərhlər