Hadisə

Zaqatalada qızıl mağazasına silahlı basqın olub

Faktla bağlı 1 nəfər saxlanılıb

· Xəbərçi
Zaqatalada qızıl mağazasına silahlı basqın olub
Zaqatalada qızıl mağazasına basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 11-də Zaqatala rayonu ərazisində olub.

Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunan Asif Davudov rayon sakini Aydın Qasımova məxsus qızıl mağazasına gələrək suvenir tapança ilə onu hədələyib və oradan 1 ədəd qızıl boyunbağı aparıb.

Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Davıdov tutulub, ondan 1 ədəd güllə və 1,3 qram heroin götürülüb.

Şərhlər