Zaqatalada qəzada bir ailənin iki üzvü öldü
Qəzaya səbəb İsa Nuhiyevin nömrəsiz motosikleti hasara vurması olub
Zaqatala rayonunun Mazıx kəndində bir ailənin iki üzvünün ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxli İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə may ayının 21-də saat 22.30 radələrində qeydə alınıb. Rayon sakini İsa Nuhiyev dövlət qeydiyat nişanı olmayan "İS" markalı motosikleti idarə edərkən onu hasara vurub. Nəticədə İ.Nuhiyevin sərnişinləri - arvadı Sona, oğlu 3 yaşlı Ağa hadisə yerində ölüb. Özü və 2 yaşlı qızı fatimə isə yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.




Şərhlər