Qardaş qardaşına 8 bıçaq zərbəsi vurdu
04 Dekabr 2010 Şənbə 12:25
Hadisəyə səbəb bıçqalanan qardaşın atasını döyməsi olub
Zaqatalada rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Prokurorluğunun böyük müstəntiqi Elçin Salmanovun ANS PRESS-ə verdiyi məlumata görə, dünən axşam saat 18.30 radələrində 34 yaşlı Rəfael Zakir oğlu Heydərov aralarında baş verən mübahisə zamanı böyük qardaşı 42 yaşlı Mübariz Heydərovu bıçaqlayıb.

Məlumata görə, içki düşkünü olan iki azyaşlı uşaq atası M.Heydərov evlərinə hər gün içkili vəziyyətdə gəlirmiş. Bu səbəbdən 84 yaşlı atası Zakir Heydərov onu töhmət edirmiş. Dünən axşam da oğlunun evə içkili gəldiyini görən yaşlı ata deyinməyə başlayıb. Bundan sonra ata-oğul arasında mübahisə yaranıb və oğul atasını döyməyə başlayıb. Onları ayırmağa çalışan evin kiçik oğlu, subay olan Rəfael qardaşına bildirib ki, atasını döyməsin. Lakin Mübarizin onun sözlərini eşitmədiyini görəndə mətbəxə keçərək bıçaq götürüb və qardaşının qarın və kürək nahiyəsindən 8 bıçaq zərbəsi vurub.

Yaralı dərhal xəstəxanaya aparılaraq cərrahiyyə əməliyyatına alınıb. Həkimlər onun vəziyyətinin çox ağır olduğunu bildiriblər.

Z. Heydərov isə polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı rayon Prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir. Bıçaqlanan qardaşa qarşı da atasını döydüyünə görə ittiham irəli sürüləcəyi istisna olunmur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar